Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək
Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək
14 Fevral 2020 15:39 SiyasətAprelin 21-də Bakıda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransı keçiriləcək.
Bu barədə Təşkilatın baş katibi Vladimir Norov Prezident İlham Əliyevlə görüşdə məlumat verib.
Görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
"Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq", - deyə baş katib qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31