Məzahir Pənahov seçki pozuntularını çəkmiş bloqerlərə təşəkkür edib: “Bu, çox gözəl ənənədir"

Səsvermə günü baş verən pozuntuların 90%-i sosial şəbəkələrdə yayılan görüntülərdir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

MSK sədri bildirib ki, qanun pozuntularını çəkən şəxs onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: "Bu, çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloggerlərə minnətdarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31