Ləman Ələşrəfqızı da prezident İLHAM ƏLİYEVƏ müraciət etdi- Sizdən bu müdrik addımı gözləyirdim . Eşq olsun Sizə!

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən  namizədliyini  irəli  sürmüş Ləman Ələşrəfqızı prezident İlham  Əliyevə  müraciət edib.

"Dairələrin nəticələri ləğv edilir. Əminəm 117 saylı Oğuz-Qəbələnin də nəticələri ləğv ediləcək. Şəxsən Prezidentə müraciət edirəm! Çənab Prezident! Sizdən bu müdrik addımı gözləyirdim. Eşq olsun Sizə! Heydər Əliyev demişkən : Qoy Ədalət zəfər çalsın!"

Xatırladaq  ki   Ləman Ələşrəfqızı nəticələrdən  narazı  qalan  namizədlərdəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31