Jalə Mütəllimova-Seyidli- Sizə güvənirəm Cənab Prezident!

92 saylı Zərdab-Ucar dairəsindən namizədliyini  irəli sürmüş və  nəticələrdən  narazı  qalmış Jalə Mütəllimova-Seyidli feysbuk vasitəsilə  ölkə  rəhbəri  İlham  Əliyevə  müraciət edib.

Seçki prosesi bu qədər naxoş tərəfə yönələndə, inana bilmirdim ki, ölkənin ali rəhbərliyi, cənab Prezident, birinci vitse-prezident vəziyyətə ehtinasız qalacaq. Təşəkkür edirəm öz adıma. Əminəm ki, nəticələri 92 saylı Zərdab-Ucar dairəsində göndərilən seçki ilə bağlı da ədalət qələbə çalacaq. Zərdabda və Ucarın üç kəndində dövlət adından saxtakarlıq edənlər, yerli xırda məmurlar, icra orqanlar cəzasını alacaq. Sizə güvənirəm Cənab Prezident!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31