Rauf Arifoğlunun qalib olduğu dairənin nəticələri müzakirə olunur

Rauf Arifoğlunun qalib olduğu dairənin nəticələri müzakirə olunur

MSK-nın iclasında daha sonra 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.

Məsələ barədə məlumat verən MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müraciət edərək, həmin seçki dairəsi üzrə bəzi seçki məntəqələrində pozuntuların baş verdiyini bildirib.

O qeyd edib ki, həqiqətən də bu dairənin bütün məntəqələrində bu və ya digər formada pozuntulara yol verilib.

MSK üzvü qeyd edib ki, 1 saylı məntəqənin nəticələrinə dair tərtib edilmiş protokol müşahidəçilərə verilməyib. R.İbrahimov da digər konkret məntəqələr üzrə baş vermiş pozuntuları sadalayıb.

MSK üzvü bu dairədə baş verən pozuntuların seçki dairəsində seçicilərin iradəsini imkan verməyən hallar olduğunu bildirib.

Müzakirə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31