MSK-nın iclasında 80 saylı dairənin məsələsi müzakirə olunur – İclas

MSK-nın iclasında 80 saylı dairənin məsələsi müzakirə olunur – İclas

MSK-nın iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsində baş vermiş qanun pozuntularına dair şikayətə baxılıb.

Məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, Razim Əmiraslanlı və digər namizədlərin şikayətlərində müşahidəçiliyə seçkini müşahidə etməyə imkan verilmədiyi bildirilib.

A.Muxtarova konkret seçki məntəqələrində baş verən konkret pozuntuları sadalayıb.

O deyib ki, araşdırma zamanı qanun pozuntularının bir çoxu öz təsdiqini tapıb. A.Muxtarovanın sözlərinə görə, müşahidəçilərə protokollar təqdim edilməyib.

Arifə Muxtarova bildirib ki, bu dairədə seçicilərin öz iradəsini ifadə etməsi mümkün olmayıb.

MSK katibi qeyd edib ki, bu seçki dairəsi üzrə 49 seçki məntəqəsindən 29-da səsvermənin nəticələri etibarsız hesab edilməlidir ki, bu da seçicilərin 25 faizindən çox edir. Onun sözlərinə görə, MSK-nın Ekspert Qrupunun bu dairə üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməli olduğu qənaətinə gəlib.

A.Muxtarova bu dairədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair hazırlanan qərar layihəsini oxuyub. Hazırda qərar layihəsi ətrafında müzkairələr gedir.

Hazırda məsələnin müzakirəsi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31