İlk ləğv qərarı - HAMI TƏƏCCÜBLƏNDİ
İlk ləğv qərarı - hamı təəccüb etdi -
13 Fevral 2020 16:29 SiyasətMərkəzi Seçki Komissiyasının iclası 16:15-də başlayıb.
ATƏT DTİHB-in müraciəti barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verir.
O qeyd edib ki, ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Tecler müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin sabiq rektoru Aygün Attarın akkreditasiyasının ləğv edilməsini xahiş edib.
R.Qasımov bu halın ilk dəfə baş verdiyini bildirib. Deyib ki, müraciət təmin edilməli və Aygün Attarın müşahidəçilik üçün verilən akkreditasiya lövhəciyi ləğv edilməlidir.
O, bununla bağlı hazırlanmış qərarı oxuyub.
MSK üzvü Bəxşeyiş Əsgərov Aygün Attarı tanıdığını bildirib. Bu halın baş verməsinə təəccübləndiyini bildirib və baş verməsinin səbəblərini soruşub.
Söz iclasda iştirak edən ATƏT DTİHB nümayəndəsinə verilib. Müşahidə misiyasının üzvü olan xanım bu qərarın müşahidə missiyasınıın rəhbəri, səfir Piter Tecler tərəfindən verildiyini bildirib. Deyib ki, bu barədə suala ən yaxşı cavab verə biləcək ən yaxşı şəxs də elə müşahidə missiyası rəhbərinin özüdür. Yenidən sual verildikdə isə xanəm müşahidəçi bildirib ki, buna səbə ATƏT DTİHB-nin davranış qaydalarını pozmasıdır.