MSK-nın iclası başladı: qərar veriləcək...

MSK-nın iclası başladı: qərar veriləcək...

Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Olaylar.az bildirir ki, iclasa MSK sədri Məzahir Pənahov sədrlik edir.

İclasda ilk olaraq 31 yanvar və 1 fevral tarixli iclas protokolları təsdiqlənəcək.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq.

Daha sonra Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş şikayətlər nəzərdən keçiriləcək.

İclasda seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Beynəlxalq Seçki Müşahidə Missiyasının üzvləri də iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31