Mənə öyüd -nəsiyyət etmək istəyənlər.....
13 Fevral 2020 14:15 SiyasətAYDIN QULİYEV
Heç vaxt insanların öz haqları naminə apardıqları mübarizəyə irad tutmadım.Əksinə,bundan daha çox hesab və təlqin etdim ki,öz haqlarına laqeyd yaşayan insanlardan ibarət cəmiyyətlərin haqqı bir qayda olaraq ümumi şəkildə pozular.
Lakin mən həmişə yeri,vaxtı və forması düzgün seçilməyən mübarizələrin əleyhinə olmuşam və varam.Tək-tək şəxslərin fərdi və ya qrup mənafeləri naminə ümumən dövlətçiliyimizin və xalqımızın adına ləkə salan mübarizələrin əleyhinə olmuşam.İl boyu yatıb hərdən bir səviyyəsiz statuslarlar yazmaq formasında aparılan mübarizələrin əleyhinə olmuşam.Şübhəli mərkəzlərdən idarə olunan şəxslərin rəhbərliyi altında aparılan mübarizələrin əleyhinə olmuşam.Fəal siyasi mübarizədən kənarda dayanaraq bir təhər başını girəliyən və beş ildən bir seşkiyə qatılaraq nəticədən narazı qaldıqda "mən də varam "deyib də ortaya atılanların əleyhinə olmuşam və varam.Apardığı siyasi mübarizə yollarında şəxsən özünə aid heç nəyi qurban vermək istəməyənlərin əleyhinəyəm.
4-cü,5-ci,hətta 6-cı və 7-ci dəfə özünün deputat olması xatirinə müstəqil dövlətimizin imicinə ləkə salanların əleyhinəyəm.Onların bu seşkidə "xalqın mənə verdiyi bu şanslar daha yetər "deyərək könüllü kənara çəkiləcəklərini gözləyirdim.Seçkidən əvvəl yazmışdım ki,parlamentin buraxılmasına səs verənlərin heç bir fasilə vermədən yenidən namizədliyini irəli sürməsi məntiqsizlikdir.Maraqlananlar açıb mənim "FB"səhifəmdə bunu nə vaxt yazdığımı görə bilər.Bu gün əleyhimə kin-küdurətlə bir -iki rabitəsiz şeylər yazanlar,mənə ağıl öyrətmək istəyənlər, guya mənə böyük bir pislik edirmiş kimi məni öz dostluğundan çıxaranlar zamanında yazdığım o mövzuya fəal dəstək versəydilər,o mövzu ölkədə ictimai rəyə çevrilsəydi indi bir çox mandatlar bu günkü nəticələrdən razı qalmayan namizədlərə qismət ola bilərdi.
Mən Aydın Quliyev olaraq əlimdə olan dövlət vəzifəsindən və məni gözləyən böyük karyeralardan dövlətçilik ,demokratiya və ədalət naminə imtina etməyi bacarmış az sayda insanların nümunəsini yaratmışam.Mənim vaxtilə imtina etdiklərimin yüzdə birini əldə etmək üçün hər şeyə ,hətta naqisliyə əl atmağa hazır olanların bu gün mənə öyüd-nəsiyyət və ya ağıl verməyə qalxması çox əcaib görsənir.
Mən heç kimin yanında ,yolunda deyiləm.Öz prinsiplərimin ,haqq bildiyim düşüncələrimin yanında yoluma davam edirəm.20-30 il saf insanları dalına salaraq nəticəsiz siyasi yollarla aparıb özünü "lider"sayanlara isə heç vaxt qoşulmaq fikrim yoxdur.
Bu dəfə parlament seşkilərinə qatılmamağımın səbəbləri barədə kiminsə şübhəli,kiminsə mənə təəssübkeş tonda verdiyi suallara da yaxın günlərdə cavab verəcəm.