MSK hesabat verməyən dairələrin adlarını açıqladı

MSK hesabat verməyən dairələrin adlarını açıqladı

Mərkəzi Seçki Komissiyasına seçki hesabatlarını tam verməyən dairələrin adları açıqlanıb."Olaylar" MSK-nın rəsmi saytına istinadən bildirir ki, parlament seçkilərinin yekunu haqqında 3 seçki məntəqəsindən Komissiyaya hesabat təqdim olunmayıb. Bu məntəqələr 123 saylı Kəlbəcər seçki dairəsinin 1, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin isə 2 seçki məntəqəsi MSK-ya hesabatı təqdim etməyib. Ümumilikdə, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub. Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri fevral ayının 9-da keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31