MSK bu gün təcili toplanır: mühüm qərarlar veriləcək!
13 Fevral 2020 11:09 SiyasətBu gün MSK-nın parlament seçkiləri ilə bağlı iclası keçiriləcək. 16:00-da baş tutacaq iclasda olduqca mühüm qərarların veriləcəyi gözlənilir.
İclasın müzakirə mövzusu barədə MSK-nın katibi Mikayıl Rəhimov deyib ki, bugünkü iclasda parlament seçkiləri ilə bağlı daxil olan şikayətlərə qiymət veriləcək.
Qeyd edək ki, bundan öncə MSK katibi Mikayıl Rəhimov seçki pozuntularının əks olunduğu 300 video-faktın incələndiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31