“El Sol de Mexico” qəzetində Azərbaycanda keçirilmiş parlament seçkilərinə dair növbəti məqalə dərc olunub
“El Sol de Mexico” qəzetində Azərbaycanda keçirilmiş parlament seçkilərinə dair növbəti məqalə dərc olunub
13 Fevral 2020 10:20 SiyasətMeksikanın nüfuzlu "El Sol de Mexico" qəzetində beynəlxalq müşahidəçi qismində Azərbaycanda səfərdə olmuş tanınmış jurnalist Federiko Lamontun Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinə dair "Azərbaycan: bol seçicili və şəffaf seçkilər" adlı növbəti məqaləsi dərc olunub.
Olaylar.az bildirir ki, məqalədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən keçirilmiş növbədənkənar parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət olunduğu qeyd olunur.
Azərbaycan hökumətinin dəvətinə əsasən seçkilərdə müşahidəçi qismində iştirak edən müəllif, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla keçirdiyi müsahibə zamanı onun seçkilərin şəffaf keçəcəyini, həmçinin yüksək seçici fəallığının müşahidə olunacağını vəd etdiyini bildirir və bu söylənənlərə Bakı şəhərində iştirak etdiyi 12 seçki məntəqəsində əyani şahidi olduğunu vurğulayır.
Məqalədə habelə seçkilərin ABC Radio OEM daxil olmaqla 800-dən artıq beynəlxalq müşahidəçilər tərəfindən izləndiyi qeyd olunur, bunun Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə aparılan islahatlara daha da güclü təkan verəcəyi və həmin islahatların qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi restrukturizasiyanı davam etdirməyə imkan verəcəyi xüsusi ilə vurğulanır.
Müəllif xüsusilə son dövrlərdə Azərbaycan hökuməti tərəfindən aparılan uğurlu islahatlar nəticəsində vergilər, gömrük, nəqliyyat, korrupsiyaya qarşı mübarizə sahələrində əldə olunmuş nailiyyətlərə görə Azərbaycanın Dünya Bankının "Doing Business 2019" hesabatında 57-ci pillədən 25-ci pilləyə qədər yüksəldiyini "El Sol de Mexico" auditoriyasının diqqətinə çatdırır.
Müəllif həmçinin, yeni parlamentin Azərbaycan hökumətinin ölkə əhalisinin rifahı naminə uğurlu islahatları daha da qısa zamanda həyata keçirməyə imkan verəcəyini ehtimal edir.