Jalə Mütəllimova-Seyidli: "Zərdab şəhəri başdan-başa zibil içində üzür"

Jalə Mütəllimova-Seyidli

Namizəd olduğum 92 saylı Zərdab-Ucar dairəsi üzrə rast gəldiyim və həllini gözləyən ciddi məsələlərdən yazacağam. Ümidvaram bütün bu məsələlərin bölgədən cənab Prezidentin də dediyi kimi mərkəzə daşınacağı istiqamətində ilk addım olacaq. Bunun üşün gərəkdir heç bir maraq dövlət, millət marağını üstələməsin. Heç bir məmurun vətəndaşı dövlət adına incidilməsinə yol verilməsin. Ölkəni heç bir səbəb, əsas olmadan sosial partlayış həddinə gətirmək olmaz. Bəlkə vətəndaş müharibəsi, qarşıdurmalar, mitinqlər, həbslər kimlərəsə nəsə verəcək, amma bu bütövlükdə Azərbaycana ancaq uğursuzluq vəd edir, başqa heç nə. Beləliklə bizim dairədə nə gördüm, nələri müşahidə elədim:

- Rayon kəndlərində yol infrastrukturu yox həddindədir;

-Kəndlərdə bələdiyyə torpaqlarının pay bölgüsü, habelə istifadəsi ilə bağlı ciddi problemlər var. Örüş yerləri demək olar ki, tamamilə kəndlinin əlindən alınıb ayrı-ayrı iş adamlarına arendaya verilib və ya yerli bələdiyyə, icra nümayəndələrinin özləri tərəfindən inhisara götürülüb;

-Yerli məmurların özbaşınalığı və insanları incidilməsi halları həddən artıqdır;

-Rayonda yeniyetmə və gənclər arasında xoş olmayan vərdişlərə aludəçilik, habelə təriqətçilik məsələləri ciddi problemdir;

-Rayonun böyük ziyarətgahlarından,Veysəl-Əl-Qərani, el arasında Veysəlqara kimi tanınan ziyarətgahında narkotik maddə becərilməsinə dair məsələ gündəmdir;

-Zərdab şəhəri başdan-başa zibil içində üzür;

-Şəhərin kanalizasiya sistemi yoxdur, dəfələrlə ayrılmış vəsaitin hara xərcləndiyi bəlli deyil;

-Qarasu çayına, axıdılan idarə kanalizasiyaları hövzədəki içməli suyu çirkləndirir. Buna rəğmən insanlar yenə də bu çaydan istifadə etmək məcburiyyətindədirlər;

-Zərdabın Sileyli kəndində tam orta məktəb yoxdur. Uşaqlar bir neçə kilometr yolu piyada getmək məcburiyyətindədirlər ki, qış aylarında bu ümumiyyətlə mümkün olmur. Kəndin qaz, su, yol infrastruktu da yox səviyyəsindədir;

- Rayonda rüşvətxorluq və korrupsiya halları ilə bağlı ciddi araşdırma aparılmasına ehtiyac var;

-Kür çayının ekoloji vəziyyəti ürəkaçan deyil. Hövzəyə elektrik cərəyanı vermək və ya qumbara atmaqla balıq ovlamaq Kürdə canlıların sayını sürətlə azaldır;

-Ərazinin yulğun meşəliyindən və vəhşi heyvanların rayon, kəndlərə hücumunun qarşısı təcili alınmalıdır;

P.S.

İnsanları sevin, onların yanında olun, xeyir-şərlərində iştirak edin. Öləndə çox şey aparmırıq bu dünyadan yeddi metrlik kəfən, iki metrlik qəbir, vəssalam.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31