“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub
“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub
12 Fevral 2020 14:23 SiyasətFevralın 12-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.
"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşdü.
Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31