İtaliyalı deputatlar Azərbaycandakı seçki prosesini müsbət qiymətləndiriblər
İtaliyalı deputatlar Azərbaycandakı seçki prosesini müsbət qiymətləndiriblər
12 Fevral 2020 13:31 SiyasətFevralın 9-da Azərbaycanda keçirilən seçkiləri müşahidə edən İtaliya parlamentinin iki üzvü - "Forza İtalia" partiyasını təmsil edən Mariya Rizotti və "Şimal liqası" partiyasının nümayəndəsi Rosanna Boldi proses barədə fikirlərini yerli mətbuata açıqlayıblar. "Olaylar" xəbər verir ki, italiyalı parlamentarilər seçki prosesini ümumilikdə müsbət qiymətləndiriblər. Seçkilərin gedişini şərh edən deputatlar heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını deyiblər: "Səsvermə zamanı saxtakarlıq olmasın deyə bütün tədbirlər görülmüşdü. Biz müşahidə apardığımız məntəqədə heç bir qayda pozuntusu ilə üzləşmədik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31