Azərbaycan demokratiya imtahanından uğurla çıxdı- TƏHLİL

Azərbaycan demokratiya imtahanından uğurla çıxdı-TƏHLİL

Fevralın 9-da ölkədə baş tutan parlament seçkilərinin rəsmi nəticələri açıqlansa, yeni qanunverici orqana seçilən millət vəkillərinin adları artıq bəlli olsa da, lakin hələ də seçkilərin nəticələrinə kölgə salmaq, onun demokratik və şəffaflığına şübhə yaratmaq cəhdləri qalmaqdadır. Üzləşdikləri məğlubiyyətlə barışmaq istəməyən, həmin məğlubiyyəti isə seçkilərin antidemokratik şəraitdə keçdiyini iddia edən ayrı-ayrı siyasi dairələr, həminn siyasi dairələrin maraqlarına xidmət edən fərdlər hesab edirlər ki, növbədənkənar parlament seçkiləri ciddi qanun pozuntusu şəkilində baş tutub. Baxmayaraq ki, seçkiləri yaxından izləyən beynəlxalq müşahidə missiyalarının təmsilçiləri səsvermə prosesində ciddi qanun pozuntuları aşkar etmədiklərini bildirirlər, buna rəğmən narazı elektorat öz absurd iddialarından geri çəkilmir.

Bir qayda olaraq seçkilərin nəticələrindən narazı qalanlar son ümid yeri kimi Avropanı, onun siyasi təsisatlarını görür və hesab edirlər ki, Avropa təsisatları seçkilərlə bağlı mənfi rəy, mövqe ortaya qoyacaq, onun nəticələrini tanımayacaq. Çünki keçmiş təcrübələr və seçkilərdən bir müddət sonra ortaya qoyulan ədalətsiz mövqe narazılarda belə bir əminlik yaradıb. Lakin hazırkı situasiyada görünən odur ki, ümid yeri kimi baxılan Avropa təsisatları da Azərbaycanda azad və demokratik şəraitdə seçki keçirildiyu reallığını qəbul edirlır. Hər halda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), eləcə də ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) seçkilərdən sonra açıqladığı ilkin dəyərləndirmə belə deməyə əsas verir. Sözügedən müşahidə missiyasının seçki dəyərləndirməsindən əldə edilən qənaət ondan ibarətdir ki, ölkəmizin daha bir demokratiya imtahanından uğurla keçdiyi artıq Avropada da qəbul edilməkdədir. Avropa təsisartları, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) belə bir qənaətə gəlməsi üçünsə kifayət qədər əsaslar var. İlk növbədə yüksək seçici fəallığı avropalı müşahidəçilərin diqqətini çəkib. Reallıq da ondan ibarətdir ki, fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri yüksək seçici fəallığı ilə baş tutub. İnsanların kütləvi şəkildə seçki məntəqələrinə gələrək səsvermə prosesində aktiv iştirak etməsi, bu zaman onların hər hansı bir təzyiq və ya öz seçimlərinə mane ola biləcək hərəkətlərlə üzləşməmələri növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı müsbət rəyin formalaşmasına təsir edən amillərdəndir. Seçkilərdə müşahidə edilən yüksək seçici fəallığı bir tərəfdən vətəndaşların siyasi proseslərdə aktiv iştiraka maraqlı olduğunun göstəricisidirsə, digər tərəfdən cəmiyyətdə seçkilərin azad və demokratik şəraitdə baş tutacağı əminliyidir. İctimaiyyət arasında belə bir əminliyin yaranmasına səbəb olan əsas məqam isə, ölkədə seçkiqabağı normal mühitin yaradılmasıdır. Səsvermə gününə qədər olan müddətdə heç bir deputatlığa namizədin pz iddiasını oertaya qoyması üçün hər hansı bir təzyiqlə üzləşməməsi məhz seçkiqabağı normal siyasi mühitin yaradılmasından irəli gəlirdi. Elə bunun nəticəsi idi ki, seçkilərdə mübarizə aparmaq üçün minlərlə Azərbaycan vətəndaşı prosesə qoşuldu, öz qüvvəsini sınadı. Nəzərə alsaq ki, parlamentə düşmək iddiasında olan şəxslər arasında müxtəlif siyasi dairələri təmsil edən namizədlər də vardı, o zaman tam əminliklə deyə bilərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) ilkin seçki dəyərləndirməsi kifayət qədər obyektiv və qərəzsiz notlar üzərində qurulub. Çünki sözügedən missiyanın seçki dəyərləndirməsində məhz qeyd etdiyimiz amil də müsbət məqam kimi qeyd edilib.

Seçkilərin azad və demokratik şəraitdə keçməsini təmin edən digər məqamlardan biri səsvermə prosesinin şəffaf şəkildə olmasıdır. Bir qədər də dəqiqləşdirsək seçki mıntəqələrinə müşahidə kameralarının quraşdırılması. Artıq on illərdir ki, Azərbaycanda seçkilər məhz belə bir şəraitdə keçirilir və ölkədə keçirilən bu və ya digər seçkiləri müşahidə edən beynəlxalq müşahidə missiyaları da öz növbəsində bu tətbiqi yüksək qiymətləndirirlər. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) ilkin seçki dəyərləndirməsində də qeyd edilən məqama diqqət çəkilib və belə bir halın mövcudluğu seçkilərin demokratik şəraitdə keçməsi kimi xarakterizə edilib.

Ancaq göründüyü kimi, bütün müsbət rəylər və beynəlxalq müşahidəçilərin ilkin seçki dəyərləndirmələrinə baxmayaraq hələ də, bir çoxları seçkilərin nəticələrinə kölgə salmaq, onun demokratikliyi barədə şübhə yaratmaq istəyirlər. Lakin müsbət məqam ondan ibarətdir ki, bu kimi ara qarışdıranlar cəmiyyətdə azlıq təşkil edir və seçkilərin nəticələrindən ümumilikdə Azərbaycan xalqı razıdır. Ona görə də məkirli qüvvələrin bu və ya digər cəhdləri heç bir nəticə verməyəcək.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31