Qalib gələn deputatların maraqlı təsnifatı

43 nəfər ilk dəfədir parlamentdə təmsil olunacaq

Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən qalib gələn namizədlərin siyahısı müəyyənləşdi.

MSK-nın fevralın 10-da açıqladığı nəticələrə görə, 125 dairənin hər biri üzrə protokollar tərtib olunub.   

Seçkidə iştirak edən 19 siyasi partiyadan 9-u Milli Məclisdə təmsilçilik hüququ qazana bilib. Ən çox deputat mandatı əldə edən partiya Yeni Azərbaycan Partiyası olub. Belə ki, altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının 74 namizədi qalib gəlib.

İkinci yeri 3 deputat mandatı əldə etməklə Vətəndaş Həmrəyliyi Partiyası qazanıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 1 nəfər, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) 1 nəfər, Ana Vətən Partiyası (AVP) 1 nəfər, Böyük Qurtuluş Partiyası  (BQP) 1 nəfər, Vəhdət Partiyası (VP) 1 nəfər, Vətəndaş Birliyi Partiyası (VBP) 1 nəfər, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1 nəfər deputat yerinə sahibləniblər. Qeyd edək ki, bu partiyalar beşinci çağırış Milli Məclisdə də təmsil olunublar. Beşinci çağırış Milli Məclisdə təmsil olunan partiyalardan üçü isə (Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Azərbaycan Sosial Rifah Partiyası) 9 fevral parlament seçkilərində mandat qazana bilməyiblər.

Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.

Milli Məclisə seçkilərdə qaliblər arasında 44 yeni sima var. Onlardan 23-ü Yeni Azərbaycan Partiyasının (YAP), 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi (VHP sədri Sabir Rüstəmxanlı dörd çağırışda Milli Məclisin deputatı olub, lakin beşinci çağırış seçkilərdə iştirak etməyib), 20 nəfər isə bitərəf namizədlərdir.

Yeni simalar bunlardır:

7 saylı Ordubad-Culfa Seçki Dairəsi - Quliyev Cəbi (YAP) - 63.5 %

12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsi -  Səbinə Xasıyeva (YAP)- 48.5%

14 saylı Xəzər Seçki Dairəsi - Soltan Məmmədov ( bitərəf) - 47.2  %

16 saylı Yasamal İkinci Seçki Dairəsi - Erkin Qədirli (bitərəf) - 34.4  %

17 saylı Yasamal üçüncü Seçki Dairəsi  - Elnur Allahverdiyev - (YAP) - 41%

24 saylı Nizami Birinci Seçki Dairəsi - Könül Nurullayeva (bitərəf)  - 46.1 %

27 saylı Sabunçu İkinci Seçki Dairəsi - Əliabbas Salahzadə (YAP) - 57.6 %

29 saylı Səbail Seçki Dairəsi - Nigar Arpadarai  (bitərəf) - 42.3 %

31 saylı Suraxanı İkinci Seçki Dairəsi - Etibar Əliyev (bitərəf) - 41.4 %

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi - Afət Həsənova (YAP) - 64.9 %

35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Abbasov (Arifoğlu) (bitərəf) - 49.2%

39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsi - Müşfiq Cəfərov (YAP) -45.8%

41 saylı Sumqayıt Birinci Seçki Dairəsi - Hicran Hüseynova (YAP) - 31.5 %

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi - Emin Hacıyev (YAP)- 63.4  %

44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi - Müşfiq Məmmədli - (YAP) - 45.8 %

46 saylı Şirvan Seçki Dairəsi - İltizam Yusifov (bitərəf) - 49.5 %

50 saylı Abşeron-Qobustan Seçki Dairəsi - Şahin Seyidzadə - (bitərəf) - 44.6%

53 saylı Quba-Qusar Seçki Dairəsi - Anatoliy Rafailov (bitərəf) - 44.1 %

54 saylı Şabran-Siyəzən Seçki Dairəsi - Sadiq Qurbanov (YAP) -  55.3 %

56 saylı Xaçmaz Kənd Seçki Dairəsi - Sevil Mikayılova (bitərəf) - 43.8 %

57 saylı Kürdəmir Seçki Dairəsi -  Əminə Ağazadə (bitərəf) - 64.9 %

59 saylı Salyan Seçki Dairəsi - Jalə Əhmədova (bitərəf) - 59.7 %

61 saylı Neftçala Seçki Dairəsi - Sabir Rüstəmxanlı (VHP) - 21.4 %

62 saylı Saatlı Seçki Dairəsi - Əziz Ələkbərov (YAP) - 49 %

63 saylı Sabirabad birinci Seçki Dairəsi - Kamal Cəfərov (YAP) - 52.8 %

64 saylı Sabirabad ikinci Seçki Dairəsi - Ramin Məmmədov (YAP) - 54.6 %

66 saylı Biləsuvar Seçki Dairəsi - Bəhruz Məhərrəmov (bitərəf) - 52.9 %

70 saylı Masallı Şəhər Seçki Dairəsi - Məşhur Məmmədov (YAP) - 64.8 %

71 saylı Masallı Kənd Seçki Dairəsi -  Anar İsgəndərov (YAP) - 62.7 %

79 saylı İmişli seçki dairəsi - Razi Nurullayev Qulaməli (bitərəf) -  20.9 %

84 saylı Füzuli Seçki Dairəsi - Vüqar Bayramov (bitərəf) - 71.2 %

85 saylı Şamaxı Seçki Dairəsi - Tamam Cəfərova (bitərəf) - 48.9 %

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi - Məzahir Əfəndiyev (bitərəf)- 63.9 %

91 saylı Ucar Seçki Dairəsi - Ramil Həsən (YAP) - 51.7 %

93 saylı Bərdə Şəhər Seçki Dairəsi - Fatma Yıldırım (YAP) - 65.7 %

96 saylı Goranboy-Naftalan Seçki Dairəsi - Anar Məmmədov (YAP) - 59 %

99 saylı Şəmkir Kənd Seçki Dairəsi - Nurlan Həsənov ( YAP) - 61.3 %

101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi  - Elşad Mirbəşiroğlu (YAP) - 54.9 %

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi - Arzu Nağıyev (bitərəf) - 56.2 %

113 saylı Şəki Şəhər Seçki Dairəsi - Vüqar İsgəndərov (bitərəf) - 52. 9 %

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi - Ceyhun Məmmədov (YAP) - 62.7 %

122 saylı Xankəndi Seçki Dairəsi - Tural Gəncəliyev (bitərəf) - 56.7 %

123 saylı Kəlbəcər Seçki dairəsi - Aqil Məmmədov (YAP) - 71.7%

Modern.az VI çağırış parlament seçkilərində Milli Məclisə seçkilərdə qələbə qazanmış ən yaşlı və ən gənc deputatların siyahısını təqdim edib.

Beləliklə, 116 saylı Qəbələ Seçki Dairəsindən Milli Məclisə mandat qazanan Fəttah Heydərovun hazırda 82 yaşı var. O, ən yaşlı deputatdır.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Milli Məclisə seçkilərdə ən çox səs toplayan Səbinə Xasayevanın isə 26 yaşı var. O isə ən gənc deputatdır.

Deputat seçilənlər arasında həyatının 25-30 ilini parlamentə həsr edən mandat sahibləri də var.

Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibindəykən, 1991-cı ildə çağırılan keçmiş Ali Sovetin sessiyasından düz 2020-ci il 9 fevral tarixindəki seçkilərədək həmişə qalib elan edilmiş parlamentarilər də var.

Müstəqil Azərbaycan Respublikasında I çağırış Milli Məclisə seçkilər 1995-ci ilin 12 noyabrında keçirilib. 2020-ci il tarixində isə VI çağırış Milli Məclis seçkiləri keçirildi. Bu seçkilərin hamısında iştirak etmiş və həmişə də mandat qazanmış deputatlar aşağıdakılardır.

1 saylı Şərur- Sədərək Seçki Dairəsi-Vasif Talıbov (YAP),

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsi - Eldar İbrahimov (YAP)

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi - Madər Musayev (bitərəf)

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi - Ziyad Səmədzadə (bitərəf)

34 saylı Xətai İkinci Seçki Dairəsi- Mixail Zabelin (YAP)

60 saylı Salyan-Neftçala Seçki Dairəsi - Fəzail Ağamalı (AVP)

74 saylı Lənkəran Kənd Seçki Dairəsi-Hadı Rəcəbli (YAP)

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi-İmamverdi İsmayılov (YAP)

9 fevral seçkilərinə beynəlxalq medianın və xarici dövlətlərin mətbuat orqanlarının da böyük marağı olub. Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Rumıniya və digər ölkələrin televiziya kanalları, nüfuzlu mətbu orqanları, portalları seçkilərdən reportajlar və xəbərlər veriblər. Bütün xəbər və şərhlərdə seçkilərin düzgün, normal şəraitdə keçdiyi qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31