"Yeni parlamet xalqla hakimiyyət arasında vasitəçi rolunu oynamalıdır" - Şərh

"Yeni parlamet xalqla hakimiyyət arasında vasitəçi rolunu oynamalıdır" - Şərh

"Azərbaycanda 9 fevral seçkilərini geridə qoyduq. Parlament yeni tərkiblə öz iş rejiminə başlayacaqdır. Təbii ki, yeni parlamentdəki millət vəkilləri əvvəlkindən fərqli olaraq əhaliyə daha yaxın olmalıdırlar. Onlar seçki dairələrində mütəmadi olaraq seçicilərilə görüşlər keçirməli onların sosial-iqtisadi məsələləri, yaşadıqları ərazidə  infrastruktur məslələrinin həlli yolunda çalışmalıdırlar. Millət vəkilləri unutmamamlıdırlar ki, onlar hakimiyyəti yox xalqı təmsil edirlər". 

Bu fikirləri Olaylar.az-a Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib. 

"Təəssüflər olsun ki, bir çox millət vəkilləri əsas vəzifələrinin nə olduğunu dərk etmirlər. Bu gün Azərbaycan qlobal çağırışlarla üz-üzədir. Dövlət idarətməsində modernləşmənin şahidiyik. Millət vəkilləri ölkədə aparıan siyasətə öz dəstəklərini göstərməli xalqla hakimiyyət arasında bir vasitəçi rolunu oyanayaraq dövlət idarəetməsinin daha da optilmallaşmasında əllərindən gələni etməlidirlər", - deyə politoloq qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31