DTİHB-in sapı özümüzdən olan baltaları məyus edən seçki dəyərləndirməsi- TƏHLİL
DTİHB-in sapı özümüzdən olan baltaları məyus edən seçki dəyərləndirməsi-TƏHLİL
11 Fevral 2020 13:35 SiyasətBu günlərdə Azərbaycan dövləti daha bir mühüm siyasi hadisəni uğurla həyata keçirərək demokratik cəmiyyətin bir üzvü olduğunu, bu prinsiplərə əməl etdiyini və ona sadiq qaldığını həm daxili, həm də beynəlxalq ictimaiyyətə sübut etdi. Söhbət fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərindən gedir. Hələ seçkilərə start veriləndən ənənəvi antiAzərbaycan qüvvələr və onların daxildəki əlaltıları, sapı öümüzdən olan baltalar ciddi cəhdlə iddia edirdilər ki, nğvbədənkənar parlament seçkiləri bir siyasi şoudur və seçkilər heç də azad və demokratik şəraitdə baş tutmayacaq. Təəssüf doğuran məqam ondan ibarət idi ki, həmin ərəfədə bəzi beynəlxalq nüfuzlu təşkilatlar, Avropanın siyasi təsisatları da heç bir məntiqə söykənmədən daxildəki radikal siyasi düşərgənin iddialarına şərik çıxır, növbədənkənar parlament seçkilərinin antidemokratik şəraitdə baş tutacağı barədə pessimist fikir və rəylər söyləyirdilər. Ancaq seçki günü respublika üzrə aparılan müşahidələr, bu müşahidələrdə seçkilərin antidemokratik şəraitdə keçəcəyi barədə fikir formalaşan Avropanın siyasi təsisatlarının nümayəndəlrinin də iştirakı və mövcud reallığı öz gözləri ilə görmələri seçki ilə bağlı səslənən iddiaların əsassız olduğunu ortaya qoydu.
Məlumat üçün qeyd edək ki, fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) da yaxından izləyirdi. Seçki günü aparılan müşahidələrin nəticəsi olaraq beynəlxalq müşahidə missiyası fevralın 10-da ilkin qənaətlərini təqdim etdi.. Təqdim edilən hesabatda bir sıra müsbət məqamlar da yer almışdı ki, bu da Azərbaycan dövlətinin seççkilərin demokratik və azad keçirilməsinə yönəlik fəaliyyəti, ortaya qoyduğu siyasi iradədən irəli gəlirdi. Müşahidə missiyasının qeydə aldığı müsbət məqamlardan biri .seçki mübarizəsində iştirak etmək üçün çoxlu sayda namizədin qeydə alınması ilə bağlıdır. Həqiqətən də son on illərin siyasi təcrübəsi və keçirilən seçkilərdə iştirak etmək arzusunda olan iddiaçıların statistikasına diqqət etsək aydın şəkildə görərik ki, bu dəfəki parlament seçkilərində demək olar ki, rekord sayda namizəd mübarizəyə qouşulub. Bu bir tərəfdən Azərbaycan dövlətinin seçkilərin demokratik keçirilməsinə yönəlik fəaliyyətindən irəli gəlirdisə, digər tərəfdən namizədlərin qeydiyyat proseduruna heç bir maneçiliyin yaradılmaması ilə bağlı idi. Təsadüfi deyil ki, yuxarıda adını qeyd etdiyimiz müşahidə missiyası da məhz bu məqamı xüsusi qeyd edib və bunu müsbət dəyərləndirib.
Digər tərəfdən seçki mübarizəsinə müstəqil şəxslərlə yanaşı, müxtəlif siyasi partiyaları təmsil edən namizədlərin də qoğulması seçkilərin azad və demokratik şəraitdə baş tutacağı qənaətini yaradırdı. Bu həm də Azərbaycanda siyasi plüralizmin mövcudluğunun göstəricisi idi. Məhz bu məqam da beynəlxaklq müşahidə missiyasının hesabatında öz əksini tapıb və ilkin dəyərləndirmədə 19 siyasi partiya namizədlərinin seçki mübarizəsinə qoşulması təqdir edilib.
Beynəlxalq müşahidəçilərlə yanaşı, minlərlə yerli müşahidəçilər, kütləvi informasiya vasitələri təmsilçilərininin də seçkiləri izləməsi müsbət məqamlar sırasında qeyd edilib. Eyni zamanda seçki məntəqələrində şəffaflığın artırılması məqasədilə quraşdırılan müşahidə kameraları da ilkin dəyərləndirmədə yer alan müsbət məqamlar sırasındadır. Ümumilikdə götürəndə, fevralın 9-da Azərbayvanda keçirilən növbədənkənar parlament seçkilərinini izləmək üçün 89 min yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyata alınıb ki, bu da kifayət qədər böyük bir rəqəmdir və müsbət tendensiyalar sırasında yer alır.. Ümumiyyətlə, beynəlxalq müşahidə missiyasının ilkin dəyərləndirməsindən belə məlum olur ki, missiya Azərbaycan dövlətinin seçkilərin azad və demokratik şəraitdə keçməsi üçün gördüyü bütün işləri bəyənir, təqdir edir. Ancaq təəssüflər olsun ki, ənənəvi radikal siyasi qüvvələr nədənsə missiyanın ilkin dəyərləndirməsindən narazı görünürlər. Elə mişühaidə missiyasının seçki nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında sapı özümüzdən olan baltaların sərgilədiyi mövqe də belə deməyə əsas verir. Məsələn, Xədicə İsmayılova "Roma Papasından artıq katoliklik" edərək Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi məsələsini qaldırdı. Cavab olaraq qatı anti-azərbaycançı Frank Şvabe məsələyə skeptik yanaşdığını, xüsusilə də AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd etdi. Bu sual və F.Şvabenin cavabı X.İsmayılovanın virtual dünyada yaşadığını göstərmiş oldu. ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov isə vurğuladı ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir. DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd etdi ki, məsələ onların mandatına aid deyil. Missiyanın bəyanatı və mətbuat konfransı ilə bağlı ümumiləşdirilmiş qənaətlər: - DTİHB-nun bu dəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edir. İddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir və seçkinin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur. - Qeyd olunan çatışmazlıqlar yerli, məhəlli xarakter daşıyır. - DTİHB-in seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Müqayisə etdikdə, Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur. -
Göründüyü kimi, Azərbaycan dövlətinin fevralın 9-da ortaya qpyduğu siyasi iradə və keçirilən demoktratik və şəffaf seçki bu prosesi izləyən hər bir tərəf, bütün beynəlxalq təşkilatlar və onların müşahidə missiyaları tərəfindən müsbət qiymətləndirilir, təqdir olunur. Sapı özümüzdən olan baltalar DTİHB-dən seçkinin nəticələrini şübhə altına salacaq bəyanat gözləsələr də, lakin bu qurum kifayət qədər müstəqil və apsrdığı müşahidələrin nəticələrinə dair açıqlama verdi, tərəfsizliyini sərgilədi.
Məhəmməd
Olaylar.az