Aktiv və adekvat seçki- Şərh
Aktiv və adekvat seçki-Şərh
10 Fevral 2020 17:18 SiyasətFevralın 9-da respublikamızın həyatında daha bir tarixi hadisə - müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri baş tutdu. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatı seçildi. Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatı 5 il müddətinə təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 18 yaşına çatmamış və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur. Həmçinin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
"Seçki mühüm siyasi institutdur. Hər bir ölkə qanunvericiliyində seçkinin əhəmiyyəti vaciblik təşkil edir. Seçki hər bir təsisatda, idarəetmədə həyata keçirilir. Bu bəzən yaş məhdudiyyətindən belə asılı edilmir. Dövlət idarəetməsində seçki hüquqları qanun və konstitusiya əsasında tətbiq edilir. Ötən gün ölkəmiz üçün vacib əhəmiyyətli seçki tətbiq edildi. Bu seçki ölkədə azad qanunvericiliyin olmasını sübut etdi", - bu fikirləri siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, ölkədə xalqa öz nümayəndəsini öz vəkilini seçməsi üçün imkanlar yaradılmışdır: "Seçki hüququnun aktiv və passiv nümayəndələri mövcuddur. Xalqın seçkidə iştirakı aktiv seçkinin mövcudluğunu tətbiq etdi. Seçkidə 18 yaşını tamamlamış, öz müqəddaratı haqqında qərar verəcək şəxslər iştirak etmişdir. Həm səsvermədə iştirakda, həm də namizədlikdə gənclərin iştirakı xüsusilə diqqət çəkmişdir. Bu gənclərin siyasi hadisələrə bağladıqları münasibətdir. Seçki prosesi xalqın nümayəndələri tərəfindən də müşahidə edilmişdir. Sevindirici hal ondan ibarətdir ki, proses mediaya açıq elan edilmişdir. Media nümayəndələri istər vətəndaşlardan istərsə də, seçki orqanlarından müsahibələr almış, onların seçki ilə bağlı rəylərini almışdır. Hətta 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində müşahidə üçün veb-kameralar da quraşdırılmışdır. Parlamentdə ciddi dəyişikliklərə səbəb olan bu seçki ali qanunverici orqanın strukturunda ciddi dəyişikliklər yaradacaqdır".
Ə.Miriyevin sözlərinə görə, seçkidə aktivlik və adekvat şəkildə tətbiqi inkişafdan və siyasi idarəetmənin ədalətli şəkildə inkişafından xəbər verir: "Seçki prosesi şəffaf və dolğun şəkildə keçirilməsinə baxmayaraq bəzi mənfiliklər və çatışmamazlıqlar da mövcud olmuşdur. Bu xoşagəlməz hadisələr müşahidəçilər tərəfindən aradan qaldırılmağa çalışılmışdır. Müşahidəçilər seçki prossesində öz məsuliyyətlərini yüksək şəkildə yerinə yetirmişlər. 125 dairədə müşahidəçilər tərəfindən ədalətsiz və saxtakar hadisələrin qarşısı alınmışdır. Bu ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə verdiyi dəstəkdən irəli gəlir. Gənclər ölkə prezidentinin siyasətini dəstəklədiyindən dolayı siyasi idarəetməyə öz töhvələrini vermişdir. Bildiyimiz kimi, seçkidə xarici müşahidəçilər də iştirak etmişdir. Müşahidəçilər arasında qonşumuz Rusiya, Avropa ölkələrinin, eləcə də beynəlxalq təşkilatın nümayəndələridə yer alır. Xarici müşahidəçilərlə mediada müzakirə də həyata keçirilmişdir. Mediaya verdikləri müsahibə və müzakirəyə əsasən demək olarki, seçkilər dünya standartlarına cavab verir, beynəlxalq prinsiplərə əsasən həyata keçirilmişdir. Parlament seçkiləri dünya siyasətinə siyasi idarəetmənin əsaslı şəkildə təzahürü oldu".
Nigar Orucova
Olaylar.az