Moldova prezidenti Azərbaycana rəsmi səfər edəcək
Moldova prezidenti Azərbaycana rəsmi səfər edəcək
10 Fevral 2020 16:33 SiyasətMart ayında Moldova Prezidenti İqor Dodon Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Oxu.Az-a Moldova-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Fedor Qaqauz məlumat verib.
Onun sözlərinə görə, Moldova prezidentinin Azərbaycana rəsmi səfəri bu ilin mart ayına planlaşdırılıb.
"Səfər çərçivəsində iqtisadi sahədə ikitərəfli əlaqələrin intensivləşdirilməsi ilə bağlı sənədin imzalanması planlaşdırılır", - deyə o bildirib.
Deputatın sözlərinə görə, Moldova parlamentinin spikeri Zinaida Qreçanıy da 2020-ci ildə Bakıya səfər etmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31