Qaxariya İlham Əliyevə zəng etdi
Qaxariya İlham Əliyevə zəng etdi
10 Fevral 2020 14:59 SiyasətGürcüstanın Baş naziri Georgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Georgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti və Gürcüstanın baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31