Ukraynalı nümayəndə seçkidən danışdı: Təəssüf ki...
10 Fevral 2020 14:06 SiyasətBiz ciddi pozuntu müşahidə etmədik. Seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun şəkildə keçirildi.
Bu sözləri Ukrayna Parlamentinin nümayəndəsi Valeri Kolyux deyib.
Yerli müşahidəçilərin aktivliyi barədə danışan Ukrayna parlamentinin nümayəndəsi Vladimir Kreydenko isə qeyd edib ki, hər bir məntəqə üzrə seçki siyahısında olan seçicilərin adları və iştirak edənlərin sayının qeydiyyatı aparılıb:
"Təəssüf ki, seçici fəallığı bir o qədər də yüksək deyildi. Rəsmi məlumata görə, fəallıq təxminən 47 faiz təşkil edib. Bu, əsasən qeyri-sabit hava şəraiti ilə əlaqələndirilir. Lakin bu göstərici qənaətbəxş hesab olunur".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31