Azad və demokratik seçki- TƏHLİL

Azad və demokratik seçki-TƏHLİL

Azərbaycan daha bir  mühüm siyasi prosesi arxada qoydu. Söhbət fevralın 9-da ölkədə baş tutan növbədənkənar parlament seçkilərindən gedir. Hələ bu seçkilərə start verilərkən ənənəvi radikal siyasi qüvvələr cəmiyyətdə, eləcə də beynəlxalq aləmdə, bu qüvvələrin bəlli maraqlarına xidmət edən Avropadakı bəzi siyasi təsisatlarda belə bir rəy formalaşdırmağa çalışırdılar ki, növbədəkənar parlament seçkiləri qeyri-demokratik şəraitdə baş tutacaq. Hətta seçkilərin nəticələrinə kölgə salmaq üçün səsvermə günündən bir neçə gün əvvəl hansısa siyahı da açıqlandı.  Məqsəd isə cəmiyyətdə mövcud olan ruh yüksəkliyinə mənfi təsir göstərmək, insanların inamını sarsıltmaq idi. Bunun üçün əlavə vasitələrdən də istifadə edildi. Müəyyən təxribatçı insanların səs yazıları yayıldı, vətəndaşlar arasında çaşqınlıq yaratmağa cəhd göstərildi. Bütün bunlara rəğmən hər dəfə olduğu kimi, bu dəfə də cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən, bununla da ölkəni xaos, anarxiyaya sürükləmyə çalışan qüvvələrə Azərbaycan cəmiyyəti, insanları inanmadı. Nəticə etibarilə, fevralın 9-da ölkə vətəndaşlarının mütləq əksəriyyəti növbədənkənar parlament seçkilərində aktiv şəkildə iştirak edərək öz seçimləini etdilər. 

İstər yerli, istərsə də beynəxalq müşahidəçilərin səsvermə günü respublkanın əksər seçki məntəqlərində apardıqları müşahidələr və gəldikləri qənaət ondan ibarətdir ki, 9 fevral seçkiləri azad və ədalətli, şəffaf şəkildə baş tutub. Seçkilərin demokratk şəraitdə baş tutması üçün istər Azərbaycan dövləti, istərsə də müvafiq seçki komissiyaları hər bir şəraiti yaradıb. Həm Rusiya Federasiyasından, həm MDB Müşahidə Missiyasından, həm də ATƏT-dən, həmçinin digər beynəlxalq təşkilat və qurumlardan, ayrı-ayrı ölkələrdən olan bütün müşahidəçilərin mövqeyi, gəldiyi nəticə məhz bundan ibarətdir. Fevralın 9-da Azərbaycanda baş tutan növbədənkənar parlament seçkiləri demokratik şəraitdə baş tutub.

9 fevral seçkilərinin müsbət xarakterizə edilməsinin digər bir səbəbi isə yüksək seçici fəallığı olub. Respublika üzrə səsvermə prosesinin nəticələri və qeydə alınan seçici sayı da belə deməyə əsas verir. Müqayisə üçün keçən ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərindəki seçici fəallığına da diqqət etmək kifayət edir. Əgər son bələdiyyə seçkilərində seçici fəallığı o qədər qaneedici olmasa da, lakin parlament seçkilərində bunun əksi müşahidə edildi. Elə müvafiq seçki komissiyalarının rəhbərlikləri, komissiyanın digər üzvləri də bunu açıq şəkildə ifadə edirdilər.

Növbədənkənar parlament seçkilərinin azad və demokratik şəraitdə baş tutduğu barədə qənaətin formalaşmasına səbəb olan digər bir məqam səsvermə gününə qədər olan müddətdə ölkədə yaradılmış normal seçki mühiti idi. Seçkilərin elan edildiyi gündən səsvermə prosesinə qədər olan dövrü müşahidə edən biri kimi də tam əminliklə deyə bilərəm ki, növbədənkənar parlament seçkiləri ərəfəsində bütün iddiaçılar üçün bərabər imkanlar yaradılmış, istənilən şəxs yaradılmış normal seçki mühitindən istifadə edərək öz namizədliyini irəli sürmüşdü. Minlərlə şəsxin seçki prosesinə qoşulub, öz namizədliyini irəli sürməsi belə bir qənaət formalaşdırmışdı. Nəzərə alsaq ki, namizdliyi irəli sürülmüş şəxslər arasında siyasi cameənin bütün təmsilçiləri vardı, o zaman qeyd etdiyimiz məqam da növbədənkənar parlament seçkilərinin demokratik və azad şəraitdə baş tutduğu qənaətini formalaşdırır.

Nəhayət, Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələri ilə bağlı açıqladığı lkin məlumat və millət vəkili seçilən şəxslərin adlarına, onların siyasi mənsubiyyətinə diqqət etdikdə də, seçkilərin demokratikliyi barədə yuxarıda qeyd etdiklərimiz öz təsdiqini tapır. Səsvermə nəticəsində qanunverici orqanda yer aacaq şəxslərin kimliyi, onların siyasi mənsubiyyətinə nəzər yetirdikdə görürük ki, yeni parlamentdə Azərbaycanın siyasi cameəsini təmsil edən kifayət qədər tanınmış similar təmsil olunacaq. Bu da öz-özlüyündə yen formalaşacaq qanunverici orqanın siyasi baxımdan daha rəngarəng olacağından xəbər verir. Bu həm də seçkilərin azad və demokratikliyi barədə bir daha əminlik yaradır.

İstənilən ölkədə baş verən hər hansı bir siyasi proses, elə seçkinin özü ideal olmadığından, bunu Azərbaycana da şamil etmək mümkündür. Heç kəsə sirr deyil ki, prosesdə iştirak edən bütün tərəfləri razı sala biləcək seçki keçirmək mümkün deyil. Hətta demokratiyanın beşiyi sayılan Birləşmiş Ştatlara da bu şamildir. Ona görə də fevralın 9-da Azərbaycanda baş tutan növbədənkənar parlament seçkilərində hər hansı xırda qüsurların olması təbiidir və müvafiq seçki komissiyaları da bunu etiraf edir, qeyd edilən istiqamətdə araşdırmalar  aparır. Ancaq ümumilikdə götürəndə həmin xırda qüsurlar əsasında səsvermənin antidemokratik şəraitdə baş tutduğunu söyləmək absurddur.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31