Tezliklə Qarabağa qayıtmanızı arzulayıram - İƏT müşahidə missiyasının üzvü

Havanın çox soyuq olmasına baxmayaraq insanlar seçkidə iştirak edirdi. Məntəqələrdə mühüm məqam müşahidəçilərin olması idi, onlar hər şeyi diqqətlə izləyirdilər.

Bunu növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransında çıxış edən İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının üzvü Əli Əsgər Mohammadi deyib. O bildirib ki, müşahidə Missiyasının 2 üzvü olaraq Bakıda 8 məntəqədə müşahidə aparıblar: "Azərbaycan bizim təşkilatın mühüm üzvüdür. Qurum hər zaman Azərbaycanın haqq işini dəstəkləyir. Seçki məntəqələrində hər şey çox diqqətli və açıq təşkil olunmuşdu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm, ölkənizdə mühüm seçki keçdi. Azərbaycan tarixində demokratiya mühüm amildir, seçkilər də bu formada keçdi. Biz çoxlu insanlarla ünsiyyətdə olduq".

Ə.Mohammadi Azərbaycan xalqına müvəffəqiyyət diləyərək, onların tezliklə Qarabağa qayıtmasını arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31