Latviyalı müşahidəçi: Azərbaycanda növbədənkənar parlament seçkiləri Avropada olduğu kimi yüksək demokratik standartlara uyğun keçirilib
10 Fevral 2020 11:16 SiyasətLatviya müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.
Müşahidəçilərin nümayəndəsi Armands Krauze deyib ki,Azərbaycanda növbədənkənar parlament seçkiləri Avropada olduğu kimi yüksək demokratik standartlara uyğun keçirilib: " Təqdiredici haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçilər iştirak edib. Bu o deməkdir ki, siyasi proseslər həmçinin cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır. Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur.
Təşkilatçılıq baxımından istər paytaxtda, istərsə də bölgələrdə seçki prosesi qənaətbəxş təşkil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31