Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 91 nəfər artaraq 871-ə yüksəlib
10 Fevral 2020 07:53 SiyasətÇinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 871 nəfərə çatıb.
Fevralın 9-na olan məlumata görə, ötən gün daha 91 nəfər yeni virusdan dünyasını dəyişib.
Regional Gigiyena və Sağlamlıq Komitəsinin məlumatında bildirilir ki, hər gün 2,6 mindən çox insan koronavirusa yoluxur.
Beləliklə, Hubeydə virusa yoluxanların ümumi sayı 29,6 min nəfəri keçib. Yoluxanlardan 356 nəfərin səhhətlərində problem olmadığından onlar xəstəxanalardan evə buraxılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31