Milli Məclis: Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil

Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur", - deyə məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31