Parlament seçkiləri ilə bağlı səsvermə başa çatdı - Nəticələr hesablanır
9 Fevral 2020 19:43 Siyasət
Bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə yekunlaşıb. Saat 08.00-da başlayan səsvermə saat 19.00-da başa çatıb. Artıq seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Xatırladaq ki, seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib.
5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31