Gürcü deputat: "Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir"

Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir. Secki-2020.az saytının xəbərinə görə, bunu Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının deputatı Otar Daneliya deyib. O bildirib ki, Bakıda bir neçə seçki məntəqəsində olublar: "Həm mərkəzdə, həm də şəhər kənarındakı seçki məntəqələrində müşahidə aparmışıq, heç bir pozuntu halı aşkar etməmişik".

Deputatın sözlərinə görə, hələlik hər hansı bir mənfi hal qeydə alınmayıb.

O əlavə edib ki, müşahidəçilər hörmətlə qarşılanıb, monitorinq üçün bütün şərait yaradılıb və Azərbaycan bununla fəxr edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31