MSK sədri: “Onlar haqqında ciddi ölçü götürüləcək”
MSK sədri: “Onlar haqqında ciddi ölçü götürüləcək”
9 Fevral 2020 16:22 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.
MSK sədri deyib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq: "Bu dəfə paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək. Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz hərəkətlər edirsə, qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Onların müəyyən bir faizi dəyişdirilməlidir, bu prosesdə iştirak etməməlidirlər. Belə şəxslər haqqında ciddi ölçü götürüləcək".
Məzahir Pənahov bir neçə vəfat etmiş şəxslərin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlərə də münasibət bildirib.
MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib: "Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu ümumiyyətlə qeyri-adi vəziyyət idi, ancaq bu sizə aid olan məsələ deyil".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.