ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Hazırda seçki prosesini qiymətləndiririk”

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Hazırda seçki prosesini qiymətləndiririk”

"Biz işimizə yanvarın 30-u başlamışıq. Bir həftə sonra isə uzunmüddətli xidmət komandası gəldi. Bizim ölkə ərazisində 13 komandamız var. Onlar müşahidəyə başlayıblar. Bundan əlavə, 80 parlament üzvümüz də var".

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri, səfir Peter Teyler deyib.

P. Teyler hazırda seçki prosesini qiymətləndirdiklərini bildirib: "Birinci qiymətləndirmənin nəticələri sabah günorta keçiriləcək mətbuat konfransında elan ediləcək. Biz seçki prosesini seçki günündən əvvəl, seçki günü ərzində və seçki günündən sonra izləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31