Daha güclü Azərbaycan naminə

Fevralın 9-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər başlayıb. Olaylar.az bildirir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 6 saylı seçki məntəqəsində seçicilərin fəallığı səhər saatlarında hiss olunur. Müşahidəçi İlqar Həmzəyevin bildirdiyinə görə havanın birdən-birə kəsginləşməsinə baxmayaraq insanlar seçkiyə gəlir: "Düzü, insanların bu cür havada seçkidə  belə aktiv iştirak edəcəklərini düşünmürdük və gözləmirdik. Səhər saatlarından başlayaraq izdiham var. İnsanlar böyük inam və ümidlə səslərini seçdikləri namizədlərə verir. Bacardığımız qədər onlar üçün rahat seçki ortamı yaratmağa çalışırıq. Bu saata qədər heç bir narahatçılıq və qayda pozuntusu qeydə alınmayaıb. Dairəmizdə 14-15 namizəd var. Hər birinə uğur arzulayıram. Cəbrayıl əhalisinin inamını, ümüdünü qazanan namizəd qalib olacaq".

Dairədə səs vermədə iştirak edən Həqiqət Məmmədova bildirdi ki, Cəbrayıl rayonunun dəyərli və gənc  ziyalısı Ceyhun Məmmədova bu seçki marafonunda uğurlar arzulayıram. Bu gün növbədənkənar keçirilən seçkidə mənim namizədim təbii ki, gənc və prespektivli şəxsiyyət olmalı idi. Bu gün hamımız prezidentimizin gənclərə olan xüsusi qayğı və diqqətini dəstəkləyərək onlara bu ağır yolda dəstək olmalıyıq.

Yeni Azərbaycan Partiyası hər zaman ölkəmizdə sabitliyi, əmin-amanlığı  qorumağa çalışır. Bu gün Azərbaycanın dünyadakı nüfuzu və söz sahibi olmasının birinci səbəbkarı Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevdir. Bir vətəndaş olaraq hər zaman prezidentimizin ölkəmiz adına verdiyi bütün qərarları dəstəkləyir, onun yanındayıq. Bu gün təşkil olunan növbədənkənar seçkilər də Azərbaycan naminədir. Əminik ki, bu seçkilər xalqımız və dövlətimiz üçün uğurlu olacaq!"

6 saylı dairədə səs verən Şamama İsmayılova bildirdi ki, bundan öncə keçirilən parlament seçkilərinin heç birində iştirak etməyib: "Amma Ceyhun müəllimin seçiciləri ilə görüşündə iştirak etdim və o məni ölkəmizdə keçirilən seçkilərin ədalətli olacağına, hər birimizin kimə səs verməmizdən asılı olmayaraq öz səsimizi qorumağı məsləhət gördü. Mən Ceyhun müəllimin seçki platformasını diqqətlə dinlədim. Və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən ən layiqli namizəd kimi Ceyhun Məmmədova səs verdim.

Bu gün 6 saylı seçki dairəsindən mən səs verən müddətə qədər heç bir qanun pozuntusu müşahidə etmədim.

Ceyhun müəllimin layiqli namizəd olduğunu əsil-nəsillə əlaqələndirirəm. Mahmudlu, Horovlu, Gərəkən və Şükürbəyli kəndlərinin sakinləri birmənalı olaraq Ceyhun müəllimi dəstəkləyir.  Ceyhun Məmmədov bizlərdən biridir. Tanıdığımız insan və ən əsası şəxsiyyətdir. İnanıram ki, taleyin və Tanrının qisməti bu cür işgüzar insanın taleyinə hələ çox qələbələr yazacaq. Çünki o, xalqı daha çox düşünür. Ceyhun Məmmədov ictimai mənafeyi şəxsi mənafedən üstün tutur. Bizlər layiq olana səs verməliyik  ki, sabah Milli Məclisdə bizim səsimiz, gücümüz olsun. Problemlərimizi imkan daxilində ölkə rəhbərliyinə çatdırsın!"

İsmayıl Məmmədov kimə səs verdiyini açıq ifadə etməsə də, qeyd etdi ki, dəstəklədiyi namizəd xalqının, elinin layiqli oğludur: "Bu gün kimə səs verdiyimi demək istəmirəm. Bu seçici kimi mənim haqqımdır. Amma bildirmək istəyirəm seçdiyim və səs verdiyim namizədin gücünə, siyasi iradəsinə əminəm. Bu gün Azərbaycanımızın dünyada yüksək səviyyədə təmsil olunması bir zamanlar heç xəyal belə edə bilmirdik. Amma bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. 1990-cı illərdəki Azərbaycanla bu günkü Azərbaycan müqatisə gəlinməz dərəcədədir. Və bütün bunlar heç də rahat və əziyyətsiz əldə olunmayıb. Xlaqımız hər zaman cənab prezidentimiz İlham Əliyevin ən böyük dəstəkçisi və yardımçısıdır!"

Səs vermədə ilk dəf iştirak edən Sənan Məməmmədov bildirdi ki, belə havada hər kəsin bir nəfər kimi seçkidə iştirakı seçkiyə qədər aparılan maariflənmə işinin nəticəsidir: "Mən "Daha güclü Azərbaycan naminə" şüarını rəhbər tutan və bu yöndə fəaliyyət göstərən, bizdən biri olan namizədimi dəstəkləmək üçün gəlmişəm. Ölkəmiz və xalqımız adına aparılan islahatların uğurlu olaçağına, layiqli gənclərin daha yüksək məqamlarda yer tutacağına inanıram. Seşkidə iştirak edən hər kəs görmək və aruladığı Azərbaycan üçün buradadır. Bütün namizədlərə uğurlar arzulayıram!"

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 6 saylı seçki məntəqəsinin komissiyanın üzvü kimi fəaliyyət göstərən Qaraşov Məhəmməd Taleh oğlu bildirdi ki, bu saata qədər məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb. "Əvvəlki illərlə müqayisədə bu il seçkilərdə insanların fəallığı yüksəkdir. Bu cür havada belə fəallıq gözləmirdik. Səhər saatlarından, fəaliyətə başlayandan bu zamana qədər heç bir saxtakarlıq, qanuna zidd hər hansı qeyd aparılmayıb. Əminik ki, məntəqəmizdə sona qədər heç bir narazıçılıq qeydə alınmayacaq."

Qeyd edək ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparır. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıracaq. Bu KİV-lər 47 ölkəni təmsil edirlər.

Səsvermə saat 19:00-da başa çatacaq.

Ay An

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31