"Təşkilatçılığı yüksək qiymətləndirirəm" Yelena Brızqalina
9 Fevral 2020 15:40 Siyasət"Mən Azərbaycana çox isti münasibət göstərirəm və ölkənin təhsil sahəsi üçün atdığı addımlarını yüksək qiymətləndirirəm. Bu gün müşahidəçi qismində parlament seçkiləri üçün yaradılmış imkanları qiymətləndirirəm", Bu fikirləri "Vestnik Kavkaza" saytına Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə və təhsil kafedrasının müdir müavini Yelena Brızqalina bildirib.
"Yaxşı hazırlanmış təşkilatçılığı yüksək şəkildə qiymətləndirmək istəyirəm. Komissiyalar çox dəqiq işləyirlər. Bu gün hava bir az soyuqdur, ancaq mən ümid edirəm ki, belə hava insanların seçki məntəqəsinə gedərək öz seçimlərini etməyə mane olmayacaq", deyə qeyd edən Brızqalina xatırladıb ki, o tez-tez Bakıda olur və təhsil üzrə fikir mübadilələri aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31