Bolqarıstanlı müşahidəçi: "Səsvermə sakit şəkildə keçirilir"
9 Fevral 2020 14:26 Siyasət22 saylı Nəsimi II Seçki Dairəsinin 25 saylı məntəqəsində ATƏT Parlament Assambleyasının (PA) müşahidəçisi, bolqarıstanlı Ahmedov Ahmed Redzhebov və Bolqarıstan Parlamentinin nümayəndəsi Hamid Hamid Bari seçkini izləyiblər. Secki-2020.az saytının xəbərinə görə, Hamid Hamid Bari deyib ki, olduqları bütün məntəqələrdə seçki prosesi yüksək səviyyədə təşkil olunub: "Müşahidə apardığımız məntəqələrdə heç bir qayda pozuntusuna rast gəlməmişik. Səsvermə sakit şəkildə keçirilir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31