Çexiyalı deputat: “Heç bir qayda pozuntusu müşahidə etməmişəm”

"Azərbaycanda seçki prosesində tətbiq olunub yeniliklər məni təəccübləndirdi". Secki-2020.az saytının xəbərinə görə, bunu Çexiya parlamentinin üzvü Yaroslav Qulik deyib. Onun sözlərinə görə, artıq 15 seçki məntəqəsində olub.

"Olduğum məntəqələrdə heç bir qayda pozuntusu müşahidə etməmişəm. Seçkidə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunub, barmağa vurulan mürəkkəb seçki şəffaflığını qorumaq üçün atılmış addımdır. Bütün bunlar alqışalayiqdir", - deyə Y. Qulik vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31