Teyler: “Müşahidənin nəticələri ilə bağlı ilkin qiymətləndirməni sabah elan edəcəyik”
9 Fevral 2020 12:41 Siyasət"Müşahidə missiyası müşahidənin nəticələri ilə bağlı ilkin qiymətləndirməni sabah elan edəcək".
Bunu bu gün açıqlamasında 29 saylı Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində səsverməni müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri səfir Peter Teyler bildirib.
P. Teyler deyib ki, səsvermə ilə bağlı daha dolğun məlumat əldə etmək üçün müşahidəçilər çoxlu sayda seçki məntəqəni əhatə etməyə çalışır: "Müşahidələrin nəticələri əsasında müəyyən hesabatla çıxış edəcəyik. Məntəqələri təsadüfi əsasda seçmişik, məqsəd odur ki, statistik uyğunluq olsun. Yəni ölkə üzrə 5 mindən çox məntəqə üzrə qənaət hasil olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31