Müşahidəçilər: "Seçkilərdə indiyədək hər hansı qayda pozuntusu qeydə alınmayıb"
9 Fevral 2020 12:07 SiyasətÖlkəmizin digər rayonlarında olduğu kimi, Ağstafada da Milli Məclisə seçkilər uğurla davam edir. Secki-2020.az saytı xəbər verir ki, 108 saylı Ağstafa Dairə Seçki Komissiyasının seçki məntəqələrində səsvermənin gedişatını izləyən müşahidəçilər hər hansı qayda pozuntusunun qeydə alınmadığını bildiriblər.
3 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən yerli müstəqil müşahidəçi Vüsal Əsgərov deyib: "Səhər saatlarından başlayaraq səsvermə prosesini izləyirəm. Bu saatadək hər hansı qayda pozuntusu qeydə alınmayıb".
Digər müşahidəçi Anar Seyidov: "İndiyədək hər hansı problem yoxdur, seçki tam şəffaf keçirilir. Seçicilərə hər hansı təzyiq, təsir yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31