Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara - MSK-dan cavab
Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara - MSK-dan cavab
9 Fevral 2020 10:44 SiyasətMərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.
Komissiyanın mətbuat katibi Şahin Əsədli bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyatı yoxdur: "Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də, bütün seçkilərdə təhlükəsizlik kameralarının ağzı bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31