Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
8 Fevral 2020 15:51 SiyasətAzərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmş mətbuat konfransında deyib.
M.Pənahov əlavə edib ki, yerli müşahiəçilərin sayı 89676 nəfərə çatıb. MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 55 ölkəni və 56 təşkilatı təmsil edir. M.Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər həm say baxımından kifayət qədərdir, həm də çoğrafi baxımdan kifayət qədər əhatəlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31