Əkbər Yolçuyev (Qoşalı) təbliğat-təşviqat kampaniyasına coşqulu qapanış tədbiri ilə yekun vurub - FOTOLAR/VİDEO

Bülletendə sonuncu, nəticədə birinci

12 saylı Qaradağ- Binəqədi- Yasamal Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə müstəqil namizəd Əkbər Yolçuyev (Qoşalı) təbliğat-təşviqat kampaniyasını uğurla başa çatdırıb.

Seçki Dairəsinin bütün ərazisi boyu, o cümlədən Lökbatan, Puta, Korgöz, Xocahəsən, 28 May qəsəbələri və Yeni Yasamalda fərdi, qrup və kütləvi görüşlər keçirən namizəd, təbliğat-təşviqat mərhələsinə, Xocahəsən qəsəbəsində coşqulu qapanış tədbiri ilə yekun vurub.

Kampaniya müd¬dətində beş min evə Əkbər Yolçuyevin özkeçmişi və seçicilərə müraci-ətindən ibarət kitabça paylanıb; məntəqə seçki komissiyalarının ayırdığı xüsusi təbliğat lövhələrinə posterlər vurulub, habelə sosial media üzərindən səmərəli virtual təbliğat aparılıb.

Ustad ocaqlarından, şəhid ailələrindən, o cümlədən Milli Qəhrəman ailələrindən, I Qarabağ müharibəsi veteranlarından, elm-təhsil, mədəniyyət xadimlərindən, ağsaqqallardan, gənclərdən, vətəndaş cəmiyyəti təmsilçilərindən Əkbər Yolçuyevin namizədliyinin dəstəklənməsi ilə bağlı seçicilərə ünvanlanmış sanballı müraciətlər və mənəvi dəstək də xüsusi qeyd edilməlidir.

Onu da vurğulayaq ki, "Hər seçici əzizdi, hər ev doğmadı" və "Doğru seçim" şüarları ilə çıxış edən namizəd, təbliğat-təşviqat işini güclü vəkil heyəti və onlarla könüllünün cəlb edilməsi ilə həyata keçirib.

Bir sözlə, coşğulu təbliğat-təşviqat kampaniyası aparamağı bacarmış Ə.Yolçuyev, adı seçki bülletenində (əlifba sırası ilə) sonuncu yerdə yazılsa da, 9 fevral günü birinci nəticə göstərməyə iddialıdır.

 

  

 

   

   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31