YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
7 Fevral 2020 18:21 SiyasətDaha sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadənin iştirakı ilə keçirilən görüşdə Arif Fərzəliyev YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını, partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib.
O, görüş iştirakçılarına deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndirib. Seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluğu istiqamətində görüləcəy işlər barədə söhbət açıb. O, seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.
Ceyhun Məmmədov Azərbaycan dövlətinin gənclərə olan qayğı və diqqətindən, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışıb. O, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqları təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.





