Afət Telmanqızı seçicilərlə yekun görüşünü keçirdi - FOTOLAR
Afət Telmanqızı seçicilərlə yekun görüşünü keçirdi - FOTOLAR
7 Fevral 2020 18:10 Siyasət125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əməkdar jurnalist Afət Telmanqızı təbliğat və təşviqat kampaniyasını bu gün uğurla başa vurub.
Bu barədə Afət Telmanqızının seçki qərargahı məlumat yayıb.
"Yekun görüş Sumqayıt şəhərində keçirilib. Afət Telmanqızı seçki kampaniyasını fərqli tərzdə quran, seçiciləri ilə sıx ünsiyyət yaradan namizədlərdən olub. Bakı, Sumqayıt, Hacıqabul, Şirvan, Sabirabad rayonlarında məskunlaşmış bütün seçicisinin qapısını döyüb. Dəbdəbəli zallarda görüs keçirməkdən çox, xalqın yanında olmağı lazım bilib. Hər zaman fəaliyyəti ilə xalqın, dövlətin yanında olan xanım namizəd bu dəfə də buna əməl edib. Seçicilərinin sözünü dinləyib. Hər zaman yanınızdayam mesajını verib. Bu ancaq söz, vəd deyil. Bu həm də uzun illər fəaliyyəti dövründə xalqın sözünü demiş, bunu əyani şəkildə göstərmìs insanın sözü vədi olub", - deyə məlumatda qeyd olunub.

