Fariz Həsənli 83% səslə Elşən Musayevə qalib gəldi – Online səsvermə başa çatdı
7 Fevral 2020 17:30 Siyasət860 min nəfər üzvü olan Azərbaycanın ən böyük facebook səhifələrindən olan Azerbaycan-Azerbaijan səhifəsində parlament seçkiləri ilə bağlı keçirilən ən son online səsvermə də başa çatdı.
Bu səsvermədə Azərbaycanın ən tanınmış gənc mühəndislərindən olan Fariz Həsənli 110 saylı Zaqatala seçki dairəsi üzrə 83% səs toplayaraq keçmiş deputat Elşən Musayevə qalib gəlib.
Sfera.az 110 saylı Zaqatala seçki dairəsinin qalibi Fariz Həsənlini oxuculara daha yaxından tanəıtmaq məqsədilə onun tərcümeyi-halından bəzi məqamları təqdim edir:
Fariz Həsənli "Afgan Holdinq"in Vitse Prezidenti olub. Eyni zamanda onun informasiya texnologiyaları sahəsində start-up layihələri rəğbət qazanmışdır. Onun start up layihələri beynəlxalq jürilər tərəfindən müsbət səciyyələndirilir.
Fariz Həsənli bir çox böyük dövlət və özəl proqram təminatı layihələrinə rəhbərlik etmişdir. Belə ki,Fövqladə Hallar Nazirliyinin Maliyyə, statistika, insan resursları və dövlət yanğın nəzarəti xidmətinin sisteminin avtomatlaşdırılmasına rəhbərlik etmişdir. Eyni zamanda nazirliklərarası məlumat mübadiləsini həyata keçirən layihənin rəhbəri olmuşdur.
Fariz Həsənli Azərbaycanda tanınmış kompüter mühəndislərindən biridir. Minlərlə gənc tələbələr arasında Fariz Həsənlinin keçdiyi informasiya texnologiyaları təlimləri məşhurluq qazanmışdır.
Fariz Həsənli Zaqatalalı ziyalı ailənin övladıdır və mərhum atası Ramazan Həsənov Zaqatalalıların sevdiyi həkim olmaqla yanaşı, bir müddət Zaqatalada baş həkim olaraq da çalışmışdır.
Fariz Həsənli çıxışlarında bildirmişdir ki, O Cənab Prezident İlham Əliyev və 1ci Vitse Prezident Mehriban xanım Əliyevanın islahat çağırışlarını dəstəkləyir və özü də əməli olaraq bu islahatlara dəstək olmaq üçün seçkilərə qoşulmuşdur.