"Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz" – Məzahir Pənahov
"Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz" –Məzahir Pənahov
7 Fevral 2020 17:08 SiyasətSeçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur:
"Bütün xoşagəlməz hallarla bağlı MSK-ya müraciət etmək lazımdır. Bəziləri qəsdən xoşagəlməz hallar törətməyə çalışır və onların da məqsədləri aydındır. Buna görə də vətəndaşlar ilk növbədə dairə seçki komisiyalarına müraciət etməlidirlər".
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31