MSK daha bir nəfərin namizədliyini ləğv etdi
MSK daha bir nəfərin namizədliyini ləğv etdi
7 Fevral 2020 16:38 Siyasət86 saylı İsmayıllı seçki dairəsində namizədliyi qeydə alınan Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.
Məsələ barədə MSK Katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, həmin dairənin sədri tərəfindən Şahəvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı MSK-ya müraciət edilib: "Tərəfimizdən yoxlamalar aparılıb və mürciətin doğruluğu sübut edilib".
Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31