Mehmanın “basyaklığı” və... TƏRS BAXIŞ
7 Fevral 2020 15:29 SiyasətMillət nələri unutmayıb?
Seçkilərə sayılı günlər, hətta saatlar qalıb və bu dəfə seçkiöncəsi prosesin fəallığı, aktuallığı, namizədlər arasında rəqabətin izafiləşməsi də diqqətdən yayınmır. Düzdür, kimin səhv, kimin doğru olması barədə heç bir mülahizə də yürütmək istəməzdim. MSK var, Seçki Məcəlləsi var, əlahəzrət qanunlarımız var!
Lakin bu dəfə Mehman Hüseynovun növbəti hoqqabazlığı barədə bəzi fikirlərimi çatdırmaq istərdim. Bir neçə gün özünü ülgücləyən, sosial şəbəkələrdə elədən-belə, belədən-elə şəklində - guya "xalq qəhrəmanlığı" etdiyini ucuz aktryorluq vasitəsi ilə ictimailəşdirən Mehmanın ötən ilin dekabrında bələdiyyə seçkilərindəki rolları da yəqin ki, unudulmayıb. İndi nə isə olub, kimsə ona nə qədərsə miqdarda müalicəsi üçün pul ayırdığını deyib, o da eləmə tənbəllik, qardaşı Emin kimi dərhal stukaçlığa gedərək, guya ki, sona qədər mübarizə aparacağını iddia edir. Əlbəttə ki, namizəddir, haqqıdır özünü təbliğ etməyə. Amma daha bir məsələ budur ki, mən Mehmanın və yanındakı bir-iki özü kimi cılız uşağın MSK-da etdiyi məlum hərəkətləri ilə bağlı yazmaq istərdim.
Bu adam Allah eləməsin, millət vəkili olmaq istəyirmiş (?!)
Misal üçün, yazmaq istərdim ki, onun Seçki qurumuna başında beysbolka, əynində şıntır şalvar, ayağında da krossovka ilə getməsinin özü bir seçki mədəniyyətsizliyidir. Hətta seçicilərinə qarşı da hörmətsizlikdir. Məsələn, Mehmanın ayağa durub özünü "demokratiya carçısı" kimi göstərməsi ilə yanaşı, yanında gələnlərdən birinin ayağını-ayağının üstünə qaldırıb hadisələri seyr etməsi də elə bu xüsusdadır. Bu adam Allah eləməsin, millət vəkili olmaq istəyirmiş (?!) Axı sənin millətə vəkillik etməyə nə tərbiyən, nə də qanacağın çatır axı! Bələdiyyə seçkiləri öncəsi seçki məntəqəsində müəllimə qarşı aşırı tərbiyəsizlik edib, məktəbin içində və şagirdələrin qarşısında bar-bar bağırmağınlamı indi də millət vəkili olmaq eşqinə düşmüsən ay Mehman..?!
Mehman, bu belədir, sən doğrudan da əsl "basyak" imişsən...
Bu millət sənin donosçu, "stukaç", onu-bunu satıb, sonda da dövlətçilik maraqlarını sataraq pul qazanan qardaşın, hazırda Avropada "siyasi mühacir" adı altında oturub Xoxalı soyqırımını ələ salan, çəpik çalan Emin Hüseynovun Leyla Yunusla bir yerdəkki idbar davranışlarını da unutmayıb eee!
Bu millət sənin şəhərin ortasında şalvarını aşağı salıb, xalqın qarşısında gündəyməzini göstərməyini də yaddan çıxarmayıb!
Bu millət sənin heykəllərə dırmaşıb, özünü biədəb aparmağını da unutmayıb!
Bu millət sənin kimi "basyakları" parlementdə görmək istəmir, inan ki, bu belədir, Mehman, bu belədir, sən doğrudan da əsl "basyak" imişsən...
sia.az