“Protasieviçin adının seçki müşahidə missiyasına əlavə olunması təxribatdır” – Şərh

“Protasieviçin adının seçki müşahidə missiyasına əlavə olunması təxribatdır” – Şərh

"Yatsek Protasieviç 2014-cü ildə qeyri-qanuni olaraq işğal olunmuş ərazilərimizə olan səfəri tamamilə maliyyə qarşılığında baş tutmuşdu. Yatsek Protasieviç kimi şəxslər Avropda müəyyən lobbilər tərəfindən ələ alınmış qruplardır. Belə qruplar üçün beynəlxalq hüquq normaları, humanizm heç bir əhəmiyyət daşımır".

Bu fikirləri Olaylar.az-a Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib.

O bildirib ki, Avropa özünü demokratiyanın beşiyi adlandırmasına baxmayaraq bölgədə anti-türk siyasəti aparırlar:

"Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn AŞPA-nın seçki müşahidə missiyasına son anda Yatsek Protasieviçin adının əlavə olunması Azərbaycana qarşı təxribat məqsədilə atılmış addımdır. Aydındır ki, adı qara siyahıya salınmış şəxslərin ölkəyə girişinə imkan verilmir. AŞPA bununla Azərbaycana qarşı yeni böhtan kampaniyası başlatmaq istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31