“AŞPA-nın təxribatı ölkəmizdə seçki prossesinə təsir edə bilməz” - ŞƏRH
“AŞPA-nın təxribatı ölkəmizdə seçki prosesinə təsir edə bilməz” - ŞƏRH
7 Fevral 2020 14:47 Siyasət"Azərbaycan çox əsrlik, böyük seçki təcrübəsinə malik demokratik idarəetməyə malik ölkə hesab edilir. Azərbahcan şərqdə qadına seçki hüququ verən ilk ölkə hesab edilir. Ölkəmizdə seçki xüsusi əhəmiyyət kəsb edən siyasi institutdur. Seçkinin tənzimlənməsi üçün dövlət nəzarətidə mövcuddur. Seçki ölkədə birbaşa, gizli səsvermə yolu ilə həyata keçirilir. Seçki prorsesinin aktiv və ya passiv həyata keçirilməsi dövlətin vətəndaşlarından asılıdır. Son illər ərzində ölkə daxilində mühüm əhəmiyyətə malik seçkilər də həyata keçirilmiş müsbət nəticələr əldə edilmişdir. Növbəti xüsusi seçki hadisəsi isə fevral ayının 9-u həyata keçirilən növbədən kənar parlament seçkiləridir. Bu seçkilər ölkədə demokratik hakimiyyətin mövcud olduğunu özündə əks etdirəcəkdir. Ölkədə fəaliyyət göstərən 3 əsas hakimiyyət növündən biri olan qanunverici hakimiyyət forması Milli Məclisin buraxılması xalqın tələbi idi".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, seçkilərdə beynəlxalq təcrübəli müşahidəçilərin olması ölkəmizin dünya siyasətçilərinin maraq dairəsində olduğunu bəlli edir: "Ölkə Prezidenti cənab İlham Əliyev qısa zaman əvvəl iştirak etdiyi Dünya İqtisadi forumunda ölkəmizdə mühüm əhəmiyyətə malik seçkilərin keçirilməsi haqqında xarici dövlət nümayəndələrinə fikirlərini çatdırmışdır. Ölkə rəhbəri eləcə də ölkəmizə buyurub seçkinin şəffaf, ədalətli keçirilməsinin şahidi ola bilmək imkanlarından da danışmışdır. Müşahidəçilər daxilində yerli nümayəndələr, politoloqlar, vətəndaşlar da iştirak etmək hüququna malikdir. Bir sözlə hərkəsə açıq şəkildə həyata keçirilir".
Ekspert qeyd edib ki, əsas məsələ orasındadır ki, ölkəmizə gələn AŞPA-nın seçki müşahidə missiyasına Azərbaycanın qara siyahısına əlavə edilmiş siyasətçi Yatsek Protasieviç daxil edilmişdir: "Yatsek 2014-cü ildə işğal edilmiş ərazilərimizə qeyri-qanuni şəkildə səfər etmişdir. Bu zaman o daşnaq ermənistanın dövlət nümayəndələri ilə görüşlər də keçirmişdir. Açıqlamasında isə "mən siyasətçiyəm, illərdir həbs olunacağım təhlükəsi olan işlərdə də fəaliyyətim olmuşdur. Mənim üçün Azərbagcanın qara siyahısına düşməyim önəm kəsb etmir. Qara siyahı siyasət aləmi üçün boşluq hesab edilməlidir" deyə qeyd etmişdir.
Bu hadisə ölkəmizdə seçki prossesinə təsir edə bilməz. Böyük seçki təcrübəsinə malik ölkəmizdə heç bir müşahidəçi və heç bir vətəndaş tərəfindən heç bir siyasi instituta təsir edə bilməz. Dövlət daxilində seçkilər dünyaya ədaləti, demokratiyanı, vətəndaş cəmiyyətinin mövcud olduğunu sübut eddəcəkdir".