29 saylı Səbail seçki dairəsi parlament seçkilərinə tam hazırdır REPORTAJ - FOTOLAR

29 saylı Səbail seçki dairəsi parlament seçkilərinə tam hazırdır REPORTAJ - FOTOLAR

Milli Məclisə fevralın 9-da keçiriləcək parlament seçkilərinə bir neçə gün qalıb. Artıq ölkə üzrə bütün seçki dairələrində səsverməyə hazırlıqlar yekunlaşır.

"Seçki-2020" Müstəqil Media Mərkəzinin əməkdaşı 29 saylı Səbail dairə seçki komissiyasında seçkiyə hazırlıq prosesi ilə tanış olub.

Qeyd edək ki, 40 min 696 seçicisi olan dairədə 20 qeydə alınmış namizəd var. Bu dairə üzrə 30 daimi, 2 müvəqqəti məntəqə mövcuddur. Məntəqələrdən 12-də veb-kameralar quraşdırılıb və işlək vəziyyətə gətirilib. Həmçinin məntəqələrin hər biri generatorlarla təchiz olunub.

DSK sədri Cahangir Məmmədov bildirib ki, dairə üzrə 700-dən müşahidəçi qeydiyyatdan keçib.

O  qeyd edib ki, seçici siyahıları hazırdır və bütün məntəqələrə paylanılıb.

"Bütün məntəqələr ehtiyac yaranacaq avadanlıqlarla təmin olunub, işlər lazımı qaydada qurulub. Bildirişlərin paylanılması işləri də yekunlaşdırılıb",- deyə DSK sədri vurğulayıb.

Artıq dairə üzrə bütün məntəqələrə seçki bülletenləri paylanılıb. Əməkdaşımız 29 saylı Səbail dairə seçki komissiyasının 3 saylı seçki məntəqəsində də olub. Məntəqə səsvermə gününə tam hazır vəziyyətə gətirilib. Burada seçki kabinələri quraşdırılıb. Məntəqə bütün lazımi avadanlıqlarla təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31